Dünya yazıçılar qurumunun türk xalqları təmsilçisi

post-img

Ümumdünya Yazıçılar Təşkilatının (WOW) onlayn formatda keçirilən iclasında azərbaycanlı nasir Varis Yolçiyev qurumun Türk dövlətləri və türkdilli xalqlar bölməsinin katibi seçilib.

İclasda digər təşkilati məsələlərə də baxılıb və qurumun 2025-ci ildə Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək növbəti konqresi və 2025-ci il Ümumdünya WOW – LiFFt Ədəbiyyat festivalına hazırlıq işləri müzakirə edilib.

Qeyd edək ki, Avropa, Asiya, Amerika və Afrika qitələri yazıçılarını birləşdirən   WOW-un festivalları 2024-cü ilə kimi 4 dildə (ingilis, ispan, rus, ərəb) keçirilirdi və qurumun 4 müvafiq bölməsi fəaliyyət göstərirdi. 2024-cü ildə qara qitədə – Nigeriyada, Nobel mükafatçısı Voye Şoyinkanın fəxri sədrliyi ilə keçirilən konqresdə türk dili də rəsmi festival dili statusu qazanıb və qurumun müvafiq olaraq Türk dövlətləri və türkdilli xalqlar bölməsi yaradılıb.

Bölmə Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Macarıstanı, eləcə də Rusiya (tatarlar, çuvaşlar, başqırdlar, yakutlar), Çin (uyğurlar), İraq (kərküklər), İran (azərbaycanlılar), Kipr (türklər), Ukrayna (Krım tatarları) və s. ölkələrdə yaşayan türkdilli toplumları əhatə edəcək.

XQ

 

Mədəniyyət