Qırğızıstanda Azərbaycan nəşrləri

post-img

Bişkekdə Azərbaycan Prezidenti İlham Əliyevin 20 illik prezidentliyindən bəhs edən “Zəfər çələngi” və Ulu öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş "Xalqa bağışlanmış ömürdən anlar” adlı kitabların elektron versiyaları “turktoday.info” portalına yüklənərək oxucuların istifadə­sinə verilib.

Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə ərsəyə gətirilmiş “Zəfər çələngi” kitabının müəllifləri profes­sor Cümşüd Nuriyev, siyasi elmlər üzrə fəlsəfə doktoru Şəbnəm Nuriyeva, “Odlar yurdu” Universitetinin baş müəllimi Mayıl Orucov və həmin ali məktəbin dosenti Se­vinc İbrahimovadır. 

Azərbaycan xalqının umummilli lideri Heydər Əliyevin 101 illik yubileyinə həsr olunmuş “Xalqa bağışlanmış ömürdən anlar” kitabının nəşrində isə, əsasən, AZƏRTAC-ın materiallarından istifadə olunub. Kitabı qırğız dilinə Rıskulbekov adına Qırğızıstan İqtisadiyyat Universite­tinin professoru, respublikanın Əməkdar iqtisadçısı Elmira Cumaliyeva tərcümə edib.

K.QULU,
XQ-nin xüsusi müxbiri

Bişkek



Mədəniyyət