Ulu öndər Bərdədə anılıb

post-img

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ili və ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Bərdə rayonunda Hərbi Prokurorluğun və DİN-in Daxili Qoşunlarının rəhbər və yüksəkrütbəli hərbi qulluqçularının iştirakı ilə birgə tədbir keçirilib.

Hərbi prokurorun böyük köməkçisi – mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev, İstintaq idarəsinin rəisi Bəhruz Əhmədov, Ağdam hərbi pro­kuroru Elnur Kərimov, Tərtər hərbi pro­kuroru Emin Vəliyev və başqaları çıxış edərək Ulu Öndərin həyat və yaradıcılı­ğından, xalqımız qarşısındakı müstəsna xidmətlərindən danışıblar. 

Sonra ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələbləri qeyd edilib, hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılıb. 

XQ

Son xəbərlər