İslam dünyasının bəşəri irsi

post-img

Mayın 15-16-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA)"İslam dünyasının mədəni irsinin qorunub saxlanması" mövzusunda 2 günlük beynəlxalq elmi-praktik konfrans başlanır.

BMA-dan bildiriblər ki, Ümummilli Lider Heydər Əliyevin anadan olma­sının 101-ci ildönümünə həsr edilən konfransda Azərbaycan, Rusiya, Özbə­kistan, Qazaxıstan, Tacikistan, Türkiyə və İrandan olan bakalavr və magistrlər iştirak edirlər. Tədbir üzbəüz və distant formatda keçirilir, proqrama daxil edilmiş 47 məruzə iştirakçıların seçimi ilə Azər­baycan, rus, ingilis və türk dillərində təq­dim olunur. Əsas mövzular musiqi sənə­ti, mədəniyyətşünaslıq və pedaqogika sahələrini əhatə edir. 

Konfrans çərçivəsində BMA-nın ma­gistri Samra Qaziyevanın Azərbaycanın görkəmli bəstəkarı Arif Məlikovun 90 illik yubileyinə həsr olunmuş “Arif Məlikovun “Dalğalar” operettası” kitabının da təqdi­matı keçiriləcək.

XQ



Mədəniyyət