Natəvanın heykəli Parisdə şərəfləndi

post-img

Fransa paytaxtrında ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü günündə Qarabağın sonuncu xanı Mehdiqulu xan Cavanşirin qızı, şair Xurşidbanu Natəvanın Fransanın Evian-lö-Bən şəhərindən gətirilmiş abidəsi Azərbaycan Səfirliyinin Mədəniyyət Mərkəzinin həyətində ucaldılıb.

Azərbaycanın Fransa və Monakoda fövqəladə və sə­lahiyyətli səfiri Leyla Abdul­layeva Natəvanın heykəlinin belə bir tarixi gündə yenidən ucaldılmasının rəmzi əhəmiy­yəti olduğunu bildirib. O qeyd edib ki, 2017-ci ildə İsmayıllı və Fransanın Evian-lö-Bən şəhərləri arasında imzalanmış dostluq və əməkdaşlıq xarti­yası çərçivəsində Evian şəhə­rində, Leman gölü sahilində “Azərbaycan parkı”nın rəsmi açılış mərasimi olub. Eyni za­manda, İsmayıllı şəhəri tərə­findən Xurşidbanu Natəvanın heykəli Evian-lö-Bən şəhərinə hədiyyə edilib və abidə həmin parkda ucaldılıb. Ancaq 2023-cü il dekabr ayının 18-də ra­dikal qüvvələr abidəyə qarşı vandalizm aktı törədiblər. Şəhər meriyası qərəzli mövqe tutaraq, abidənin bərpası istiqamətində heç bir addım atmayıb. Həmçinin meriya gələcəkdə bu abidəyə qarşı vandalizm aktının təkrarlan­mayacağına zəmanət vermə­diyi üçün Azərbaycan tərəfi abidəni geri götürüb. Qısa za­manda təmizlənmiş və bərpa edilmiş heykəl Parisdə Eyfel qülləsinin yanında yerləşən Azərbaycan Səfirliyinin Mədə­niyyət Mərkəzinin həyətində yenidən ucaldılıb. Abidənin açılışında Fransada yaşayan azərbaycanlı opera müğənnisi Timur Abdikeyev “Sevgili ca­nan” romansını ifa edib.

Xatırladaq ki, sözügedən vandalizm aktından sonra İs­mayıllı Rayon İcra Hakimiy­yəti Evian-lö-Bənlə dostluq və əməkdaşlıq xartiyasını ləğv edib.

XQ

Mədəniyyət