Xəzər Universiteti və Azərbaycan Dövlət Akademik Filarmoniyasının təşkilatçılığı ilə çağdaş aşıq sənətinin çox ünlü simalarından biri, Borçalı aşıq mühitinin istedadlı sənətkarı aşıq Ramin Qarayevin "Sazımda avazımda" adlı solo konserti keçiriləcək.
Mayın 19-da Azərbaycan Dövlət Akademik Filarmoniyasınında keçiriləcək solo konsertdə aşıq Ramin Qarayevi "Bakı-Təbriz" qrupu və Xəzər Universitetinin kamera orkestri müşayiət edəcək.
Sənətkarın solo konsertində qonaq qismində xalq artisti Alim Qasımov və Məhsəti Azaflı iştirak edəcəklər.
Tədbirin aparıcısı Qorxmaz Tofiqoğludur. Hazırda
solo konsertə hazırlıqla bağlı gərgin iş prosesi getdiyini deyən aşıq Ramin Qarayev baki-xeber.com-a açıqlamasında bildirdi ki, "Bakı-Təbriz" qrupu onu müşayiət edəcək. "Aşıq havaları yeni tərzdə kamera orkestri ilə təqdim ediləcək. Azərbaycanda ilk dəfədir ki, kamera orkestri ilə aşıq solo konsert verir. Bu ilkə biz imza atırıq, yəni mən kamera orkestri ilə konsert verəcəyəm. Mayın 19-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında solo konsertim olacaq. Bütün sazsevərləri dəvət edirəm"-deyə aşıq Ramin Qarayev bildirdi. Tədbirdə görkəmli alimlər və dövlət adamları iştirak edəcəklər. Adil Qabil oğlu Kərimli Azərbaycan Respublikasının mədəniyyət naziri, Xalq şairi Nəriman Həsənzadə, yazıçılar birliyinin sədri Anar Rzayev, Professor Qəzənfər Paşayev, İctimai xadim, Professor Hamlet İsaxanlı, AMEA Folklor İnstitutunun baş direktoru, akademik Muxtar Kazımoğlu- İmanov və s. Kimi tanınmış ictimai xadimlər çıxış edəcəklər.
Məlumat üçün bildirək ki, aşıq Ramin Qarayev Azərbaycan Respublikasının Birinci Vitse- Prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 2009-cu ildə Azərbaycan aşıq sənətinin UNESKO-da qeyri-maddi irsi siyahısına daxil edilməsində iştirak edib.
2012-ci ildə Qazaxıstanda Dədə Qorqud festivalında qalib olaraq 3-cü yeri tutub.
2019-cu ildə İspaniyanın paytaxtı Madrid şəhərində İmaməddin Nəsiminin 650 illiyində,
Türkiyənin İstanbul şəhərində Qarabağ Zəfərinin 1 illiyinə həsr olunmuş "Qarabağ Azərbaycandır" adlı tədbirində iştirak edərək gözəl ifalar təqdim edib. Azərbaycan aşıq poeziyasının inkişafında, tanıdılmasında fəal iştirak etdiyinə görə 2021-ci ildə "Aşıq Ələsgər 200" yubiley medalı ilə təltif edilmişdir.
2022-ci ildə Türkiyənin Bursa-İznik şəhərində Rəcəb Tayyib Ərdoğan başda olmaqla 5 ölkənin prezidentinin iştirak etdiyi 4-cü Dünya Köçebe oyunlarının açılış tədbirdə iştirak edib.
2023-cü ildə Azərbaycanın Şuşa şəhərində Molla Pənah Vaqifin poeziya günlərində iştirak etmiş və aktyor kimi də Abbas Tufarqanlı obrazını canlandırıb.
Beynəlxalq Müsabiqələr Laureatıdır.
Azərbaycan Aşıqlar Birliyinin üzvüdür.
Azərbayca Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bakalavr və magistr səviyyələrini bitirib. Hazırda Xəzər Universitetində pedaqoji fəaliyyət göstərir.
Bu günə kimi Azərbaycanda 3 solo konsert, Rusiya, Gürcüstan və Türkiyədə 1 solo konserti olub.
İndi isə "Təbriz-Bakı" qrupu ilə tam yeni tərizdə, daha fərqli ifalarla zövqünüzü oxşayacaqdır.
Əziz saz-söz sevənlər, sizi 19 May saat 19:00 tarixində Azərbaycan Dövlət Akademik Filarmoniyasına Aşıq Ramin Qarayevin "Sazımda-Avazımda" adlı konsertinə dəvət edirik. Xalq artisti Alim Qasımovunda iştirak edəcəyi tədbirdə, Xəzər Universitetinin Kamera orkestri və tanınmış musiqiçilərdən ibarət “Təbriz -Bakı” qrupu müşayiət edəcək.
Orkestirin bədii rəhbəri Zülfiyyə Sadıqova.
Qrupun rəhbəri Elman İbrahimli.
Təşkilatı dəstək Xəzər Universitetidir.
0502397334
Aşıq Ramin Qarayev kamera orkestrinin müşayiəti ilə solo konsert verəcək
- Mədəniyyət
- 10:17 09.05.2024
- Oxunma sayı: 299
Açar sözlər:
Paylaş:
Mədəniyyət
Odlar yurdunun Şahyaylağı
17:39 03.07.2024“Kür – çaylar anası” sənədli filminin çəkilişləri davam edir
17:26 03.07.2024Fuad Nağıyev: Turizm və hotelçilik sənayesi COP29-a tam hazırdır
17:13 03.07.2024“Bir parça daş vətəndir...”
12:29 03.07.2024Qədim Şəki “İpək Yolu” XIII Beynəlxalq Musiqi Festivalına hazırlaşır
11:31 03.07.2024“Ulduz” yeni libasda
10:29 03.07.2024Vətənə, qədim yurd yerlərinə hədsiz məhəbbət
10:23 03.07.2024“Qızıl Adel” və ya “Avstriyalı Mona Liza”
18:18 02.07.2024-
- 22:32 03.07.2024
-
- 22:31 03.07.2024
-
- 22:29 03.07.2024
-
- 21:38 03.07.2024
-
- 20:31 03.07.2024
-
- 19:17 03.07.2024
-
- 19:05 03.07.2024
-
- 18:43 03.07.2024
-
- 18:42 03.07.2024
-
- 18:20 03.07.2024
-
- 18:19 03.07.2024
-
- 18:05 03.07.2024
-
- 17:41 03.07.2024
-
- 17:39 03.07.2024
-
- 17:26 03.07.2024
-
- 17:13 03.07.2024
-
- 17:10 03.07.2024
-
- 16:46 03.07.2024
-
- 16:11 03.07.2024
-
- 15:57 03.07.2024
-
- 15:41 03.07.2024
-
- 15:30 03.07.2024
-
- 15:17 03.07.2024
-
- 14:55 03.07.2024
-
- 14:45 03.07.2024
-
- 14:44 03.07.2024
-
- 14:43 03.07.2024
-
- 14:38 03.07.2024
-
- 14:24 03.07.2024
-
- 13:56 03.07.2024
-
- 13:10 03.07.2024
-
- 12:54 03.07.2024
-
- 12:29 03.07.2024
-
- 12:11 03.07.2024
-
- 11:52 03.07.2024
-
- 11:48 03.07.2024
-
- 11:40 03.07.2024
-
- 11:31 03.07.2024
-
- 11:30 03.07.2024
-
- 11:29 03.07.2024