Ümumi çəkisi 82 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

post-img

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 9-da ümumi çəkisi 82 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Məlumatı DİN mətbuat xidməti yayıb. 

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr 74 kiloqramdan artıq marixuana, 5,3 kiloqramdan çox tiryək, 2,6 kiloqrama yaxın metamfetamin və digər maddələrdən ibarət olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir. 

 

P.ƏMİRCANOV

XQ

Son xəbərlər