İlin “Ədəbiyyat adamları” mükafatının qalibləri

post-img

Dillər Universitetində (ADU) Azərbaycan Yaradıcılıq Fondunun dəstəyi ilə təşkil edilən “Ədəbiyyat adamı” müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.

Xalq yazıçısı, akademik Kamal Abdulla müsabiqə qaliblərinin ciddi meyarlarla seçildiyini deyib: “Ulu öndər Heydər Əliyevin doğum günü münasibətilə ədəbiyyatçılarımız, ziyalılarımız üçün təsis edilmiş mükafat hər ilin may ayında təqdim edilir. Bu ənənəni beşinci ildir davam etdiririk. Ədəbiyyat adamı ədəbi fəaliyyətlə məşğul olan, peşəkarlığı əsas prinsip seçən, ədəbiyyatı təmənnasız həyat tərzi kimi yaşayan şəxsdir. Bu mükafatın bənzərsiliyi ondadır ki, burada rəqiblər yoxdur”.

Bildirilib ki, bu ilin “Ədəbiyyat adamı” Ramiz Rövşən, Həmid Herisçi, Rüstəm Behrudi, Aqşin Yenisey, Azər Turan, Aydın Talıbzadə, Nərgiz Cabbarlı, Ulucay Akif, Etimad Başkeçid, Varis seçiliblər. Mükafatlar təntənəli surətdə qaliblərə təqdim olundu. Mükafatçılar verilən qiymətə görə münsiflərə minnətdarlıqlarını bildirdilər. 

“Ədəbiyyat adamı” layihəsi çərçivəsində həm ölkə daxilində, həm də xaricdə müxtəlif tədbirlər – konfranslar, poeziya gecələri, ödənişli qapalı seminarlar keçirilməsi, mükafatların verilməsi nəzərdə tutulub.

R.Qurbanova 
XQ

Mədəniyyət