“Yeni Era” 1 yaşında

post-img

Heydər Əliyev Sarayında Naxçıvan Muxtar Respublikasının ilk müstəqil və peşəkar teatrı olan “Yeni Era” Uşaq və Gənclər Teatrının 1 yaşı münasibətilə tədbir keçirilib. 

Tədbiri giriş sözü ilə açan teatrın direktoru Prezident mükafatçısı Səyyad Məmmədov qonaqları salamlayıb, teatrın gələcək planları və 1 illik fəaliyyəti ilə bağlı qonaqlara məlumat verib.

Sonra, “Ələddinin Sehrli çırağı” adlı ailəvi meqaşou nümayiş olunub. Tamaşanın rejissoru Səyyad Məmmədov, ssenaristi Həcərxanım Məmmədova, rəssamı Araz Xudiyev, rəqslərin quruluşu isə Günel Eyvazlıya aiddir. Rolları Əməkdar artist Bəhruz Haqverdiyev, aktyorlar Zəminə Məmmədova, Saynur Babayev, Səkinə Məmmədova, Ələsgər Quliyev və başqaları ifa edirlər.

Tədbirdə Mədəniyyət Nazirinin müavini Həsən Seyidov, Türkiyə Respublikasının Naxçıvandakı baş konsullu Asip Kaya və sənət adamları da iştirak ediblər. 

Qeyd edək ki, “Yeni Era” Uşaq və Gənclər Teatrı yarandığı bir il ərzində  dörd  interaktiv uşaq tamaşası “Animasiya şousu” “Halloween” “Yeni İl Möcüzəsi” “Şirindil Cücə”, ailəvi meqaşou “Ələddinin Sehrli çırağı”, böyüklər üçün “Bala başa bəla”  və “Ana Vətən” tamaşalarını hazırlamışdır. 

Fidan
XQ





























Mədəniyyət