Rustavidə Azərbaycanlıların Təhsil və Mədəniyyət Mərkəzi

post-img

Gürcüstanın Rustavi şəhərində Gürcüstan Azərbaycanlılarının Təhsil və Mədəniyyət Mərkəzi (GATM) fəaliyyətə başlayıb. Eyni zamanda, mərkəzdə aprel ayından etibarən ödənişsiz dil kursları da açılıb. 

GATM-in rəhbəri Raida Dərziyeva mərkəzin açılmasını mühüm hadisə adlandırıb. O bildirib ki, Gürcüstanın milli müxtəlifliyi bir dəyərdir. Ölkədə yaşayan milli azlıqların vətəndaş cəmiyyətinə inteqrasiyası elə formada həyata keçirilməlidir ki, onların etnik və milli mənsubiyyəti qorunub saxlanılsın.

 R.Dərziyeva Gürcüstan hökumətinin azərbaycanlı vətəndaşların gürcü cəmiyyətinə inteqrasiyasına böyük diqqət ayırdığını nəzərə çatdırıb: “Azərbaycan, gürcü və ingilis dilləri üzrə 165 nəfər şagird səviyyə və yaşlarına uyğun olaraq 10 qrupda təhsil alacaq. Şəhərin əksər məktəbləri ilə yanaşı, Qardabani və Marneulinin yaxın kəndlərindən olan məktəblilər də kurslara qatılıblar. Rustavi şəhərinin azərbaycanlı icması tərəfindən təqdir və rəğbətlə qarşılanan dil kursları Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə layihə çərçivəsində həyata keçirilir”.

XQ

 

Mədəniyyət