1-4 aprel tarixlərində Bakıda Belarus Mədəniyyəti Günləri keçirilir.
Bu münasibətlə Belarus Respublikasının mədəniyyət naziri Anatoli Markeviçin rəhbərlik etdiyi geniş nümayəndə heyəti ölkəmizdə səfərdədir.
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb.
Qonaqları səmimi salamlayan nazir Azərbaycanla Belarus arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan və Belarus respublikalarının prezidentləri arasında olan qarşılıqlı etimad və dostluq münasibətləri bütün sahələrdə ikitərəfli münasibətlərimizin inkişaf dinamikasını və intensivliyini şərtləndirir. Bu əlaqələrin mühüm tərkib hissəsi ölkələrimizin başçıları tərəfindən dəfələrlə vurğulanan humanitar əməkdaşlıqdır.
Qeyd olunub ki, mədəniyyətin müxtəlif sahələri üzrə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün geniş perspektivlər vardır. Çünki xalqlarımızı ümumi tarix və mədəniyyət, xüsusilə də dövlət başçıları səviyyəsində müntəzəm görüşlərlə təsdiqlənən fəal siyasi dialoq birləşdirir.
Nazir ölkəmizdə keçirilən növbəti Belarus Mədəniyyəti Günlərini əlaqələrimizin inkişafına mühüm töhfə kimi səciyyələndirib, tədbirin dost ölkənin mədəniyyətinin təbliğində əhəmiyyətli rol oynayacağını diqqətə çatdırıb.
Belarusun mədəniyyət naziri Anatoli Markeviç səmimi qəbula, nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə və Belarus mədəniyyətinin nümayişinə yaradılan şəraitə görə minnətdarlığını bildirib.
Qeyd olunub ki, Belarus film sənayesi, kitabxana, musiqi və digər sahələrdə Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır. O, mədəni əməkdaşlığın yeni mərhələyə qaldırılması üçün ikitərəfli işçi qrupunun yaradılmasının əhəmiyyətli olacağını vurğulayıb.
Qonaq nazir Belarusda təşkil olunan ənənəvi mədəniyyət layihələri – Minsk Beynəlxalq Kitab Sərgisi, Vitebsk şəhərində keçirilən “Slavyan bazarı” Musiqi Festivalı və “Listopad” Minsk Beynəlxalq Film Festivalında Azərbaycanın mütəmadi iştirakını arzu etdiklərini diqqətə çatdırıb.
Söhbət zamanı 1-3 may tarixlərində Bakıda keçiriləcək VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Belarus tərəfinin iştirakı da müzakirə olunub.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonda qarşılıqlı xatirə hədiyyələri təqdim edilib.
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
- Mədəniyyət
- 09:15 02.04.2024
- Oxunma sayı: 645




Açar sözlər:
Paylaş:
Mədəniyyət
Ədəbiyyat İnstitutunda türkiyəli ziyalılarla görüş keçirilib
18:03 12.09.2025Bu gün görkəmli yazıçı Yusif Vəzir Çəmənzəminlinin doğum günüdür
09:37 12.09.2025Bəxtiyar Vahabzadə elektron salnaməsi
01:20 12.09.2025Rüstəmxanlı poeziyası sərhədləri aşır
01:13 12.09.2025“Mavi dənizin sahilində” səsi açılan kinomuz
01:01 12.09.2025ICESCO Nəsimi Festivalının təşkilatçıları sırasına daxil olub
16:55 11.09.2025Nəsimi festivalında “Zamansız və məkansız” sərgisi nümayiş olunacaq
11:53 11.09.2025-
- 18:03 12.09.2025
-
- 17:38 12.09.2025
-
- 16:29 12.09.2025
-
- 16:17 12.09.2025
-
- 16:16 12.09.2025
-
- 15:52 12.09.2025
-
- 15:49 12.09.2025
-
- 15:40 12.09.2025
-
- 15:27 12.09.2025
-
- 15:12 12.09.2025
-
- 15:09 12.09.2025
-
- 15:03 12.09.2025
-
- 14:05 12.09.2025
-
- 13:06 12.09.2025
-
- 12:49 12.09.2025
-
- 12:46 12.09.2025
-
- 12:10 12.09.2025
-
- 12:08 12.09.2025
-
- 12:06 12.09.2025
-
- 12:04 12.09.2025
-
- 12:02 12.09.2025
-
- 11:28 12.09.2025
-
- 11:26 12.09.2025
-
- 11:24 12.09.2025
-
- 11:16 12.09.2025
-
- 11:14 12.09.2025
-
- 11:12 12.09.2025
-
- 11:09 12.09.2025
-
- 11:06 12.09.2025
-
- 11:00 12.09.2025
-
- 10:51 12.09.2025
-
- 10:48 12.09.2025
-
- 10:45 12.09.2025
-
- 10:43 12.09.2025
-
- 10:35 12.09.2025
-
- 10:33 12.09.2025
-
- 10:31 12.09.2025
-
- 10:30 12.09.2025
-
- 10:27 12.09.2025
-
- 10:03 12.09.2025