Ankarada Rəsulzadənin məzarı abadlaşdırılıb

post-img

Azərbaycanın Türkiyədəki səfirliyi Məhəmməd Əmin Rəsulzadənin Ankara şəhərinin Cəbəci Əsri qəbristanlığındakı məzarı abadlaşdırılıb. Bu işlər Azərbaycan Prezidenti İlham Əliyevin “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında” sərəncamı çərçivəsində həyata keçirilib.

Səfirlikdən XQ-yə bildiri­lib ki, kompozisiyada dəyişiklik edilmədən məzar kompleksinin üzlük daşları daha keyfiyyət­li materialla əvəzlənib. Solmuş yazılar və bayraq dirəkləri ye­nilənib, məzara gedən yol təmir olunub.

Abadlıq işləri başa çatandan sonra Məhəmməd Əmin Rə­sulzadənin vəfatının ildönümü ərəfəsində səfirliyin kollektivi görkəmli ictimai-siyası xadimin məzarını ziyarət edərək xatirəsini hörmətlə anıb.

XQ

Mədəniyyət