“Azərbaycan muğamı” adlı yeni layihə çərçivəsində “Muğam mühazirələri” gecələri keçiriləcək

post-img

Beynəlxalq Muğam Mərkəzi tərəfindən həyata keçirilən “Azərbaycan muğamı” adlı yeni layihə çərçivəsində martın 17-dən “Muğam mühazirələri” gecələrinə başlanılacaq. Beynəlxalq Muğam Mərkəzindən bildirilib ki, “Muğam mühazirələri” tanınmış xanəndə, pedaqoq, Əməkdar incəsənət xadimi Aqil Məlikovun rəhbərliyi ilə gerçəkləşəcək.

Muğam konserti şəklində təqdim olunacaq ədəbi-bədii gecədə muğam və qəzəlin bir-biri ilə bədii-estetik, lirik-emosional bağlılığı, qəzəllərin məzmunu, obrazlılığı, muğam musiqisinə təsiri mövzusunda çıxışlar dinləniləcək. Qəzəl janrının muğam ifaçılığında əhəmiyyətindən danışılacaq, muğam dəsgahları və təsniflər təqdim olunacaq. Konsertə giriş sərbəstdir.

Mədəniyyət