Heydər Əliyev Mərkəzində film təqdimatı

post-img

Martın 1-də Heydər Əliyev Mərkə­zində “Qarabağ” futbol klubu – 30 mövsüm səfərdə” sənədli filminin təqdimatı keçirilib.

Mərasimdə hökumət rəsmiləri, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva,idman ictimaiyyətinin nümayəndələri və mədəniyyət xadimləri iştirak ediblər. Filmdə “Qarabağ” futbol klubunun yerli çempionatda və avrokuboklarda uğurlu çıxışı, Ağdam rayonunun Ermənistan si­lahlı qüvvələri tərəfindən işğalından son­ra “İmarət” stadionunun taleyi, “köhlən atlar”ın sabiq futbolçusu, Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovdan bəhs olunub. 

Mədəniyyət Nazirliyinin, “Salnamə­film” və “Azərbaycanfilm”in ortaq layihəsi olan dördhissəli filmdə xarici jurnalistlərin və futbolçuların “İmarət” stadionu, “Qara­bağ” klubu ilə bağlı hazırladıqları materi­allar və onların fikirləri də yer alıb.

XQ





Mədəniyyət