Tarixçi akademikin çoxcildliyinin növbəti 3 kitabı

post-img

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı Yaqub Mahmudovun “Seçilmiş əsərləri”nin növbəti, XVIII-XX cildləri nəşr edilib. 

“Azərbaycan Tarixçiləri” İctimai Bir­liyindən “XQ”yə verilən məlumata görə, yeni nəşrlər akademikin 85 illik yubileyinə həsr olunub.

“Seçilmiş əsərlər”in XVIII-XX cildlə­rinə Yaqub Mahmudovun “Azərbaycan xalqının İrəvan və ətrafındakı torpaqlara tarixi varislik hüququ bərpa olunmalıdır” (Azərbaycan, ingilis və rus dillərində), “Saxtakarların yalançı elmi, yaxud ermə­nisayağı “tarix” (Azərbaycan, ingilis, rus və gürcü dillərində), “Real tarix və “böyük Ermənistan” uydurması” (gürcü, ərəb, ibri və fars dillərində), “Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920): Azərbaycan xalqının tarixinin parlaq səhifəsi” (Azər­baycan və rus dillərində), “1918–1920-ci illərdə Azərbaycanın türk-müsəlman əha­lisinə qarşı soyqırımı” (ingilis, rus, polyak və gürcü dillərində), “Səyyahlar Azərbay­cana gəlir” (Azərbaycan və ingilis dillərin­də), “Səyyahlar, kəşflər, Azərbaycan” (in­gilis dilində) və “Odlar yurduna səyahət” (ingilis dilində) kitabları daxil edilib.

Cildlərin elmi redaktorları tarix­çi alimlər Güntəkin Nəcəfli və Yeganə Gözəlova (Çağlayan), dizayneri riya­ziyyat üzrə fəlsəfə doktoru Mehri Xan­babayeva, texniki redaktoru isə Aydan Əliməmmədovadır.

Mədəniyyət