Azərbaycanlı rəssam Paris sərgisində

post-img

Parisdə “Grand Palais Ephemere”də (Böyük Saray) beynəlxalq “ART EN CAPI­TAL 2024” müasir incəsənət sərgisi açılıb.

Tanınmış Azər­baycan rəssamı Vidadi Nərimanbə­yovun işinin davam­çısı olan rəssam soydaşımızın da sərgidə əsərləri nü­mayiş olunur. Artıq 3 ildir bu sərgidə iştirak edən N.Nə­rimanbəyova bu il digər əsərləri ilə bərabər, nəvəsinə həsr etdiyi “Tariel - balaca Harri Potter” adlı yeni rəsmi də təqdim edib.

Qeyd edək ki, N.Nərimanbəyova 2016-cı ildə Fransa Milli Mədəniyyət Federasiyası Müstəqil Fransa Rəssamlarının məşhur “Payız Salonu”nun “TOILE D'OR” ali mükafatına layiq görülüb.

Beynəlxalq “ART EN CAPITAL 2024” müasir in­cəsənət sərgisində nümayiş olunan əsərlər Fransa Rəssamlıq Akademiyasının üzvlərindən ibarət bö­yük münsiflər heyəti tərəfindən seçilib. Bu, ən nü­fuzlu peşəkar incəsənət sərgisidir.

XQ



Mədəniyyət