Kinorejissor Rasim Ocaqov Vyanada yad edildi

post-img

Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, kinore­jissor, SSRİ və respublika dövlət mükafatları laureatı, Xalq artisti Rasim Ocaqovun anadan olması­nın 90 illik yubileyi münasibətilə Vyanadakı Azərbaycan Mədə­niyyət Mərkəzində xatirə axşamı təşkil edilib.

Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova tədbirdə çıxış edərək görkəmli rejissorun həyat və ya­radıcılığına nəzər salıb, onun Azərbay­can kino tarixində mühüm rolundan söz açıb.

Rasim Ocaqovun ailə üzvləri adından çıxış edən nəvəsi Nərminə Həsənova yubiley tədbirinin Azərbaycanın müxtəlif şəhərlərində, eləcə də Türkiyədən son­ra Avropa mədəniyyətinin beşiyi sayılan Vyanada təşkil olunmasını yüksək qiy­mətləndirib, Azərbaycan kino salnamə­sində unudulmaz izlər buraxmış Rasim Ocaqovla bağlı xatirələrini tamaşaçılarla bölüşüb.

Tədbirdə “Baku TV” tərəfindən çə­kilən, Rasim Ocaqovun həyat və yaradı­cılığından bəhs edən sənədli film ixtisarla nümayiş olunub.

Azərbaycan Dövlət Film Fondunun direktoru, rejissor və kinoşünas Cəmil Quliyev tədbir iştirakçılarına videomü­raciətində Rasim Ocaqovun milli kino mədəniyyəti tarixində silinməz iz burax­dığını, onun yaradıcılıq dövrünün kino ta­riximizdə ayrıca mərhələ kimi səciyyələn­diyini bildirib.

XQ

Mədəniyyət