Cəmilə Əliyeva: Bizim əsas məqsədimiz Azərbaycanı 4 fəsil turizm destinasiyası etməkdir

post-img

Azərbaycan turizm industriyası 2020-ci ildən sonra geopolitik və digər problemlərin təsirindən artıq çıxıb.

Bu barədə “Turizm sənaye subyektlərinin ilin yekunları və COP29 ərəfəsində çağırışlar” mövzusunda forum çərçivəsində keçirilən “Turizmin inkişafında biznes-dövlət əməkdaşlığı, son 20 il ərzində əldə edilən uğurlar" panelində Azərbaycan Turizm Agentliyi Assosiasiyasının Gəlmə Turizm Komissiyasının sədri Cəmilə Əliyeva söyləyib.

"Postpandemiyadan sonra Azərbaycana gələn turistlərin arealı, milli mənsubiyyəti dəyişib. 2021-ci ildən sonra Azərbaycan turizmi ayağa qalxdı. Biz sadəcə Körfəz ölkələrdən deyil, Hindistan, Pakistan, Banqladeşdən də turist qəbul etmişik. MDB ölkələrindən çoxlu turist axını olub. Bizim əsas məqsədimiz Azərbaycanı 4 fəsil turizm destinasiyası etməkdir.

İnvestisiyalar qoyulmalıdır ki, Xəzər dənizi kurort yerinə çevirilsin. Azərbaycanın bir çox səfalı yerləri var və biz onları dünyaya tanıtmalıyıq", - deyə o, bildirib.

Mədəniyyət