Unudulmaz xatirələr

post-img

Əli Kərim nə qədər orijinal şair idisə, Feyzi Mustafayev də bir  o qədər orjinal publisist idi. Ə.Kərim Sumqayıta bağlı şair idi həm də.Onu  Sumqayıta bağlayan, doğmalaşdıran   dostları idi.Ən yaxın dostu idi Feyzi Mustafayev.Cavan yaşda dünyasını dəyişən Əli Kərimin itkisini BÖYÜK ağrıyla qarşılamaq və qələmə almaq dostdan daha böyük cəsarət,daha böyük məsuliyyət tələb edirdi. Jurnalist Feyzi Mustafayev bu ağrını ürəyində ovudaraq göz yaşı və ürəyinin qanıyla vərəqlərə tökdü..."Dinmə,ey kədər",- dedi.Sən dost itkisi qarşısında acizsən, zəifsən,cılızsan söylədi. O,bu xatirə- povestini qələmə alanda özü də peyğəmbər yaşında dünyadan köçəcəyindən xəbərsiz idi.
Bu kitab AYB Sumqayıt bölməsi tərəfindən latın qrafikası ilə yenidən çap edılib. Ə.Kərim nə boyda Azərbaycanlıydısa, elə o boyda da sumqayıtlıydı. Sumqayıt onu sevmişdi,doğması kimi,əzizi kimi,elə dostu Feyzi Mustafayev qədər özünə simsar bilmişdi. Necə ki, bu gün Sumqayıt və sumqayıtlılar Feyzi Mustafayevi əziz tutub,onu yüksək dəyərləndirirlər...
Bu günlərdə Azərbaycan ədəbiyyatında öz imzası,eləcə də Sumqayıtın ədəbi həyatında öz yeri və çəkisi olan yazıçı- publisist, jurnalist Feyzi Mustafayevin anadan olmasının 85 ili tamam oldu.Bu münasibətlə AYB Sumqayıt bölməsi,MİHİ Sumqayıt komitəsi və Sumqayıt Mərkəzləşdirilmiş Kitabxanalar sisteminin birgə təşkilatçılığı ilə S.Vurğun adına Mərkəzi kitabxanada " Yad et məni" adlı tədbir keçirildi.

Öncə kitabxananın oxucusu Əli Hüseynov Fikrət Qocanın "Şəhid anası" şeirini səsləndirdi və Azərbaycan torpaqlarının bütövlüyü uğrunda canlarını fəda etmiş vətən oğullarının xatirəsi yad edildi.

Mərkəzləşdirilmiş Kitabxanalar Sisteminin direktor əvəzi Natavan Axundzadə qonaqları salamladı.Feyzu Mustafayevlə uzun illərin dostu olmuş AYB Məsləhət Məclisinin sədri,şair Əşrəf Veysəlli  xatirələrindən danışaraq kövrəldi.

Tədbirdə şəhərin tanınmış ziyalıları və qələm adamları iştirak edirdi.
Moderator- Feyzi Mustafayev ocağının yadigarı, yazıçı- ssenarist,kulturoloq Hafiz Ataxanlı öz təbirincə yubiliyarın keçdiyi şərəfli ömür yoluna bir baxış sərgilədi.

Sonra söz ziyalılara və qələm adamlarına verildi.Sovet Şükürov,Hümbət Həsənoğlu,Mayıl Tağıyev,Müqəddəs Şahbazov,Eyruz Məmmədov Sübhan Quliyev,Zirəddin Qafarlı,Ağalar İdrisoğlu,Aydın Məlikov,Əli Nəcəfxanlı,İbrahim İlyaslı,Ətrabə Rzayeva,Mirzəcan Ağabalayev,Əyyub Qiyas,Xatirə Fərəcli,Aygün Hacıyeva,Kəramət Əmirli,Əbülfəz Əhməd,Əlimirzə Mustafayev  çıxış edərək Feyzi Mustafayevin yaradıcılıq məziyyətləri və insani keyfiyyətlərindən söz açdılar və belə tədbirlərin keçirilməsinin əhəmiyyətini xüsusi olaraq vurğuladılar.
Sonra Feyzi Mustafayevin 85 illik yubileyi münasibəti ilə Sumqayıtın ədəbi və mədəni həyatında xüsusi xidmətləri olan qələm adamları- Hümbət Həsənoğlu,Zirəddin Qafarlı,Eyruz Məmmədov,Əli Nəcəfxanlı, Ətrabə Rzayeva,Əyyub Qiyas,Natavan Axundzadə mükafatla təltif edildilər.

Sonda AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin çıxış edərək bildirdi ki qarşıdan gələn 2024 cü ildə şəhərimizin 75 illiyidir.Düşünürəm ki,şəhərimizdə  ədəbi mühitin yaranmasında və formalaşmasında zəhməti olan qələm adamlarımızın da xatırlanmağa,yad edilməyə haqqı vardır.O.çıxışında bu ənənəni 2024 - cü ildə də davam etdirməyi nəzərdə tutmuqlarınl qeyd etdi.Onlara bu işdə dəstək olan Abşeron- Xızı Regional Mədəniyyət İdarəsinə,MİHİ Sumqayıt Komitəsinə,tədbirdə iştirak edən hər kəsə minnətdarlığını bildirdi.















Mədəniyyət