BDU-da Xalq artisti Cahangir Novruzovla görüş keçirilib

post-img

Bakı Dövlət Universitetində (BDU) tanınmış aktyor və rejissor, Xalq artisti, Türkiyənin Adana Çukurova Universitetinin professoru Cahangir Novruzovla görüş keçirilib. 

Qonağı salamlayan BDU-nun Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev bildirib ki,  il ərzində BDU-da davamlı olaraq  mədəni-kütləvi proqramlar təşkil olunur, tanınmış mədəniyyət xadimləri ilə görüşlər keçirilir. O,  vurğulayıb ki, belə görüşlər gənclərin həyatında böyük  rola malikdir və  milli-mənəvi, mədəni dəyərlərin qorunmasında xüsusi önəm daşıyır.  

Cahangir Novruzov Azərbaycanın ən qədim ali təhsil ocağında tələbələrlə görüşün təşkilinə görə təşəkkürünü bildirib. Tanınmış sənətkar milli kino və teatr sənətinin hazırkı durumu, inkişaf perspektivləri, sənətə gəlişi, çəkildiyi filmlər, rol aldığı tamaşalarda yaratdığı obrazlar, Türkiyədəki fəaliyyəti barədə danışıb, tələbələrin suallarını cavablandırıb. O, Azərbaycanda yaşadığı dövrdə tamaşa və kinolarda çəkilişlər zamanı yaddaqalan məqamlarla bağlı xatirələrini gənclərlə bölüşüb, onlara öz tövsiyələrini verib.  

XQ





Mədəniyyət