Baş Prokurorluq: Ağdamda baş verən mina hadisəsi ilə bağlı araşdırma aparılır

post-img

Ağdam rayonu ərazisində şəxsin mina partlaması nəticəsində xəsarət alması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən  məlumat verilib.

Qeyd edək ki, dekabrın 5-də Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin əməkdaşı, 1992-ci il təvəllüdlü Əkbərov Vaqif Sabir oğlu Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində xidməti vəzifəsini yerinə yetirən zaman mina partlaması nəticəsində xəsarət alıb.

Son xəbərlər