Görkəmli maarifçi anıldı-VİDEO

post-img

Bu gün Azərbaycan milli mətbuatının banisi, görkəmli maarifçi Həsən bəy Zərdabinin anım günüdür. Bununla əlaqədar Nizami kino mərkəzində Zərdabiyə həsr edilmiş filmin nümayişi keçirildi. Tədbir zərdabisevər Ramil Mehdiyevin təşkilatçılığı  ilə baş tutdu.

İctimai Televiziyanın məhsulu olan filmdə Həsən bəy Zərdabinin həyatından və yaradılığından bəhs olunur. Bundan əlavə, filmdə filologiya elmləri doktoru Qulu Məhərrəmli, fəlsəfə üzrə elmlər doktoru Akif Aşırlı, yazıçı Anar, xalq şairi Sabir Rüstəmxanlı, tarix elmlər doktoru Solmaz Rüstəmova-Tohidi, fəlsəfə elmləri doktoru İzzət Rüstəmov də müsahib qismində iştirak ediblər.

Açılışda çıxış edən aqrar elmlər üzrə fəlsəfə doktoru Eldəniz Həsənov, zərdabisevər Həsən bəy Zərdabinin həyat və fəaliyyətinin, irsinin önəmindən danışdı.

Tədbirdə, həmçinin tələbələr də iştirak edirdilər. 

Tədbirin ikinci hissəsində qonaqlar və media nümayəndələri Azərbaycanın ümummilli lideri Heydər Əliyevin məzarını, daha sonra Həsən bəy Zərdabinin məzarını ziyarət edərək gül dəstələri düzdülər. Ziyarət edənlər arasında Akif Aşırlı, Eldəniz Həsənov, Tahir Aydınoğlu və Ramil Mehdiyev də var idi.

Şahanə Xankişiyeva

Elşən Ağalar(foto)

XQ










Mədəniyyət