İcma sədri: Qərbi Azərbaycan İcması UNESCO ilə sıx əməkdaşlıq edir

post-img

“Hazırda Qərbi Azərbaycan İcması Ermənistandakı Azərbaycan mədəni irsinin qorunması ilə bağlı imkanlarının artırılması, o cümlədən müasir metodologiya əsasında mədəni abidələrin reyestrinin aparılması, onların vəziyyətinin qiymətləndirilməsi və bərpası üçün lazım olan addımların müəyyənləşdirilməsi üçün UNESCO ilə praktiki əməkdaşlığı davam etdirir”.

Bu fikirləri Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərli "Qərbi Azərbaycana qayıdış: Tarixi torpaqlarda maddi-mədəni irsimiz" kitabının təqdimatı zamanı bildirdi.

Əziz Ələkbərli xatırlatdı ki, bu il martın 27-də Qərbi Azərbaycan İcmasının rəhbərliyi və Qərbi Azərbaycandan olan ziyalıların, mədəniyyət və incəsənət xadimlərinin, şair və yazıçıların bir qrupu UNESCO-ya müraciət edərək, indiki Ermənistan ərazisində Azərbaycan mədəni irsinin kütləvi dağıdılması faktlarına diqqəti çəkmiş və bu sahədə vəziyyətin qiymətləndirilməsi üçün Ermənistana faktaraşdırıcı missiyanın göndərilməsini xahiş etmişdi. Mayın sonlarında bizim bu müraciət BMT-nin rəsmi sənədi kimi, BMT-nin bütün rəsmi dillərində (ingilis, fransız, rus, çin, ərəb və ispan) yayıldı. Və UNESCO-nun rəhbərliyi bizə rəsmi cavab vermək məcburiyyətində qaldı.

Bu il sentyabrın 5-də isə UNESCO-dan icmaya artıq ikinci rəsmi cavab gəlib və müvafiq addımlar atılacağı bildirilib.

Rizvan FİKRƏTOĞLU
XQ

Mədəniyyət