Sosial Tədqiqatlar Mərkəzinin (STM) təşkilatçılığı ilə "Qərbi Azərbaycana qayıdış: tarixi torpaqlarda maddi-mədəni irsimiz" kitabının təqdimatı ilə bağlı konfrans keçiriləcək.
STM-dən XQ-yə verilən məlumata görə, konfrans noyabrın 6-da təşkil olunacaq.
Qeyd edək ki, kitabda indiki Ermənistan ərazisində dağıdılmış, adları dəyişdirilmiş, mənimsənilmiş abidələrimiz haqqında geniş məlumatlar yer alır.
Rizvan FİKRƏTOĞLU
XQ

