Blinken yenidən İsrailə səfər edəcək

post-img

ABŞ-ın Ddövlət katibi Entoni Blinken noyabrın 3-də yenidən İsrailə səfər edəcək. Bu barədə CNN Dövlət Departamentinin sözçüsü Metyu Millerə istinadən xəbər verir. Məlumatı “İnterfaks.ru” yayıb. 

“Dövlət katib Blinken cümə günü İsrail hökumətinin üzvləri ilə görüşmək üçün İsrailə səfər edəcək”, - Miller jurnalistlərə bildirib.

Fələstin-İsrail münaqişəsi gərginləşəndən bəri Blinken Yaxın Şərqə, o cümlədən, İsrailə iki dəfə səfər edib.

Oktyabrın 7-də HƏMAS qruplaşması İsrailin cənubuna hücum edib. Buna cavab olaraq İsrail ordusu HƏMAS-a qarşı hərbi əməliyyata başlayıb. İsrailin Baş naziri Benyamin Netanyahu bazar ertəsi, oktyabrın 30-da Nazirlər Kabinetinin iclasında bildirib ki, HƏMAS-a qarşı əməliyyatın üçüncü mərhələsinə - Qəzzaya qurudan hücuma başlanılıb.

 

P.ƏMİRCANOV

XQ

Dünya