İnsanlarımız regionda sülh dövrünün başlandığı fikri ilə razıdır – SORĞU

post-img

Sosial Tədqiqatlar Mərkəzi (STM) Cənubi Qafqazda yeni eranın, sülh dövrünün başlaması ilə bağlı ictimai gözləntiləri öyrənmək məqsədilə növbəti sorğular keçirib. Bu məqsədlə vətəndaşlara “Regionda artıq yeni dövr – sülh erası başlayır” fikri ilə nə dərəcədə razısınız?” sualı ünvanlanıb.

STM-dən XQ-yə verilən məlumata görə, sorğu nəticəsində respondentlərin böyük əksəriyyətinin bu və ya digər dərəcədə regionda yeni sülh dönəminin başladığı mövqeyində olduğu müəyyən edilib. Belə ki, iştirakçıların 59,4 faizi sülh dövrünün başlaması fikri ilə tam, hər üç nəfərdən biri, yəni 31,5 faizi əsasən razı olduğunu qeyd edib.

Respondentlərin 5,7 faizi bu fikirlə əsasən, 2,3 faizi isə heç razılaşmayıb. 1,0 faizi fikir bildirməkdə çətinlik çəkib.

 

Rizvan FİKRƏTOĞLU

XQ

Sosial həyat