Bişkekdə Azərbaycan şairi Nizami Gəncəvinin büstünün təntənəli açılışı olub

post-img

Bişkekdə Azərbaycan şairinin abidəsinin təntənəli açılışı olub. Nizami Gəncəvinin büstü Prezident İlham Əliyevin təşəbbüsü ilə qoyulub.

Nizami Gəncəvi orta əsr Şərqinin ən böyük şairlərindən biridir. O, sosial ədalətsizlik mövzularını qaldırıb, məmurların fəaliyyətsizliyini tənqid edib. Büstün açılış mərasimində Azərbaycanın Qırğızıstandakı səfirliyinin nümayəndələri, siyasətçilər, ictimai xadimlər və məktəblilər iştirak ediblər.

Xatırladaq ki, Bişkekdə Qırğızıstan-Azərbaycan məktəbləri fəaliyyət göstərir. Ötən il Bişkekdə iki respublikanın Dostluq Parkı açılıb.

XQ


Mədəniyyət