Səmərqənddə Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının iclası keçirilib

post-img

Qədim Səmərqənd şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) Ağsaqqallar Şurasının 14-cü iclası keçirilib. 

     Tədbirdə TDT Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım, Şuranın Azərbaycandan olan üzvü Həsən Həsənov, digər Türk dövlətlərinin Ağsaqqallar şuralarının rəhbərləri iştirak ediblər. 

     İclası Binəli Yıldırım açaraq Yaxın Şərqdə olan qarşıdurmadan danışıb, Qəzzə bögəsində xəstəxananın vurulması nəticəsində xeyli insanın o cümlədən uşaqların, qadınların ölməsini təssüf hissi ilə xatırladıb. 

     B.Yıldırım Azərbaycanın 44 günlük Vətən müharibəsi haqqında danışaraq Ermənistan tərəfdən işğl olunan torpqaların azad olunması haqqında söhbət açıb, artıq Azərbaycanın bayrağının Xankəndində, Xocalıda və digər torpaqlarda dalğalandığını bildirib. 

     Sonra B. Yıldırım iclasın gündəliyi haqqında məlumat verib.

     Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanbiçek Ömüralıyev, Türk dövlətlərinin nümayəndələri çıxış edərək görüləcək işlərdən, qarşıda duran vəzifələrdən danışıblar. 

     Həsən Həsənov Türk dövlətləri arasında inteqrasiya proseslərindən danışıb, bu sahədə əməkdaşlığın dərinləşdirilməsinin vacib olduğunu diqqətə çatdırıb. 

H.Həsənov öz çıxışında deyib:”Nəhayət Xankəndi də, soyqırıma məruz qalan Xocalı da, Ağdərə və Xocəvənd də işğaldan azad edildi. Azərbaycan Prezidenti bu torpaqlarda Dövlət bayrağını şəxsən ucaltdı. Bu müddət ərzində Azərbaycanın haqlı mövqeyinə dəstək verən TDT-na Baş katibə və üzv dövlətlərə öz təşəkkürümü bildirirəm”. 

     O qeyd edib ki, bu il Astana şəhərindəki Beynəlxalq Türk Akademiyası Türk dövlətlərinin inteqrasiyası istiqamətində bir sıra tədbirlər keçirib. H.Həsənov bu elm ocağının daha da səmərəli işləməsi üçün Akademiyanın nizamnaməsində dəyişiklik olunmasını təklif edib. 

     Sonra Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev hazırlanan Ortaq Türk əlifbasından danışıb, bu istiqamətdə görülən işlər, qarşıda duran vəzifələr haqqında söhbət açıb. 

Qulu Kəngərli 

XQ-nin xüsusi müxbiri

Səmərqənd

 







Mədəniyyət