“Molla Nəsrəddin” qənaətcilliyi

post-img

“Molla Nəsrəddin” jurnalının redaksiyasında bəzi qəribəliklər vardı. Məsələn, qapının zəngi tez-tez xarab olardı, samovar axardı, bəzən ocağı qalamağa odun çatmazdı və s.

Jurnalın baş redaktoru Cəlil Məmmədquluzadəyə “filan şeyin təmirə ehtiyacı var” deyəndə sözü bu olardı:

– Belə də ötüşərik. Molla Nəsrəddin kimi olmaq lazımdır. Əgər bizim hər şeyimiz yerli-yerində olsa, onda Molla Nəsrəddinə bənzəmərik. 

Təqdim etdi:  
M.HACIXANLI 
XQ

 

Sosial həyat