Filarmoniyada Raxmaninov konsertləri

post-img

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası “Dünya konsertləri turnesi” beynəlxalq layihəsi çərçivəsində (bədii rəhbər Stanislav Yudeniç (ABŞ) dahi rus bəstəkarı Sergey Raxmaninovun anadan olmasının 150 illiyinə həsr olunmuş konsertlər silsiləsi davam edir. Bu səpkili konsertlər oktyabrın 14-dək davam edəcək.

Növbəti konsertdə Mustafa Meh­mandarovun rəhbərliyi, Ü.Hacıbəy­li adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə solistlər - İlya Şmukler (piano,Rusiya), Çi-Çi (piano, Çin), Yanqrey Tsay (piano, Çin) və Əli Məmmədov (piano, Azərbaycan) öz ifa­larını uğurla dinləyicilərə təqdim edib­lər.

Proqramda Sergey Raxmaninovun Piano və orkestr üçün 2 (c-moll, op.18) və 4 saylı (g-moll, op.40) konsertləri, “Paginini mövzusuna Rapsodiya”sı, op.43 və Sergey Prokofyevin Piano və orkestr üçün 2 saylı (g-moll, op.16) konserti səslənib.

Qeyd edək ki, “Dünya konsertləri turnesi” beynəlxalq layihəsi 2019-cu ilin aprel ayından Özbəkistanda başlayıb. 

XQ

Mədəniyyət