“Sevinc piyaləsi” Daşkənddə

post-img

Dünən Özbəkistan Rəssamlıq Akademiyasında Mədəniyyət Nazirliyi və Milli İncəsənət Muzeyinin təşəbbüsü, Rəssamlar İttifaqının və Dövlət Rəssamlıq Akademiyasının tərəfdaşlığı ilə Azərbaycanın tanınmış rəssamı, Əməkdar incəsənət xadimi, Özbəkistan Rəssamlıq Akademiyasının fəxri xarici akademiki Çingiz Fərzəliyevin “Sevinc piyaləsi” adlı fərdi sərgisi açılıb.

Milli İncəsənət Muze­yindən bildirilib ki, ulu ön­dər Heydər Əliyevin ana­dan olmasının 100 illiyinə həsr olunan sərgi, eyni zamanda, iki dövlət ara­sındakı mədəni əlaqələrin inkişafına xidmət edir.

Rəssamın ilk yaradı­cılıq illərindən başlayaraq ərsəyə gətirdiyi əsərlərin­dən 40-a yaxını sərgidə nümayiş olunacaq.

Layihənin koordinatoru Könül Rəfiyevadır.

XQ

Mədəniyyət