“Otelloya xəyanət” səhnəyə gəlir

post-img

Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının yaradıcı kollektivi tərəfindən yeni teatr mövsümündə Xalq yazıçısı Elçinin pyesi əsasında hazırlanmış “Otelloya xəyanət” tamaşası növbəti dəfə teatrsevərlərə təqdim olunacaq. 

Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı İlqar Safat, quruluşçu rəssamı Umay Həsənova, dekor üzrə rəssamı Əmək­dar mədəniyyət işçisi Aleksandr Fyodorov, geyim üzrə rəssamı Səmra Axundova, xoreo­qrafı Raulya Türkkandır. 

Səhnə əsərində Xalq artistləri Lyudmila Duxovnaya, Məbud Məhərrəmov, Əməkdar artistlər Salman Bayramov, Natavan Hacıye­va, İnna İmranova, aktyorlar Yaroslav Trifo­nov, Gövhər Şabanova, Rüfət Əliyev, Ruslan Pavlov, İoanna Ferştandt, Səbinə Asim, Cəhər Abdullayev, Tamerlan Abdullayev, Səma Və­liyeva, Samirə Rüstəmova və Dilarə Nəzəro­va iştirak edirlər. 

XQ

Mədəniyyət