Rayon rəhbəri birinci sinifə qədəm qoyacaq şəhid övladının evinə getdi...

post-img

Rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyevin sentyabrın 15-də birinci sinifə gedəcək şəhid övladının evinə gəlməsi, onu təbrik edərək çanta və məktəb ləvazimatları hədiyyə etməsi Borsunlu kəndində təkcə bu ailəni deyil, hamını duyğulandırmışdır. Rayon rəhbərinin belə bir addımı kənd camaatı tərəfindən razılıqla qarşılanmışdır. 

İcra hakimiyyətinin  Başçısı Borsunlu kəndində, elə həmin evdəcə digər şəhid ailələri ilə də görüşmüş,  onların problemləri, sosial qayğıları ilə maraqlanmış, görüşdə iştirak edən digər qurum rəhbərlərinə müvafiq tapşırıqlar vermişdir.

Məlumat üçün bildirək ki, Nicat Nəsibov 1986-cı il  mayın 9-da  Goranboy rayonunun Borsunlu kəndində anadan olub. 2003-cü ildə həmin kəndin orta məktəbini başa vurub. 

Azərbaycan Silahlı Qüvvələrinin tərkibində həqiqi hərbi xidmətini başa vurduqdan sonra 2016-cı ildə yenidən ordu sıralarına qayıdıb.        

Nicat Nəsibov İkinci Qarabağ müharibəsinin ilk günlərindən döyüşlərə qatılıb. O, sentyabrın 30-da  Füzuli şəhərinin azad edilməsi uğrunda gedən şiddətli döyüşlər zamanı qəhrəmancasına həlak olub. Şəhidimiz Borsunlu kənd qəbirstanlığında dəfn edilib.     

Ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif olunub.

Hamlet Qasımov,

“Xalq qəzeti”nin bölgə müxbiri

 











Sosial həyat