Futbol transferində yeni rekord

post-img

Futbol öz rekordları ilə təkcə azarkeşləri deyil, bütün dünyanı heyrətə salmaqdadır. Dövri mətbuat “Transfermarket”ə istinadən xəbər verir ki, 2023-cü ilin yay transfer pəncərəsi məcmu klub xərclərinə görə futbol tarixində xərclər rekordunu yeniləyib. 

Avqustun 30-na olan məlumata görə, klubların ümumi xərcləri 7,631 milyard avro təşkil edib. Bundan əvvəlki transfer xərcləri rekordu 2019-cu ilin yay transfer pəncərəsində yenilənmişdi və o zaman futbol klubları möcüzəli oyunun cazibə­darlığına xidmət məqsədilə 7,568 milyard avro xərcə düşmüşdülər. 

BBC-yə istinadən verilən məlumatda bildirilir ki, bu yay transfer pəncərəsində ən çox pul xərcləyən İngiltərə Premyer Liqasının klubları olub. Dünyanın ən po­pulyar futbol liqası sayılan bu liqa nü­mayəndələri yeni futbolçuların alınmasına 2,75 milyard avro xərcləyib. Onların bun­dan əvvəlki dünya rekordu ötən ilin ya­yında qeydə alınıb və həmin mövsümdə, İngiltərə klubları transferlərə 2,24 milyard avro ayırıblar. 

Yeni rekordun qeydə alınmasında ikinci yerdə Səudiyyə Ərəbistanının klub­ları qərarlaşıb. Onlar builki transfer pən­cərəsində futbolçuların satın alınmasına 846 milyon avro xərcləyiblər. Siyahıda üçüncü yeri İtaliya A seriyasının futbol klubları tutur. 

Leyla HADİ,
tələbə-jurnalist

İdman