Şahzadə Diananın sevgilisinin atası vəfat edib

post-img

Misir əsilli milyarder Məhəmməd Əl-Fayed 94 yaşında dünyasını dəyişib. İş adamının qohumları onun avqustun 30-da “qocalıqdan dinc şəkildə dünyasını dəyişdiyini” bildiriblər. Dəfn mərasimi sentyabrın 1-də Londonun Mərkəzi Məscidində baş tutub. 

Məhəmməd Əl-Fayed Britaniya kra­lı III Çarlzdan (o zaman Şahzadə Çarlz) boşandıqdan sonra şahzadə Diana ilə görüşən oğlu, kinoprodüser Dodi Əl-Fa­yedin ölümünün 26-cı ildönümündə vəfat edib. 

Xatırladaq ki, Doddi və Diana 31 avqust 1997-ci ildə Parisdə qəzada ölüb­lər. Onların ölümündən sonra Məhəm­məd Əl-Fayed avtomobil qəzasının Brita­niya kəşfiyyat orqanları tərəfindən təşkil edildiyini iddia edib və bununla bağlı uzun bir kampaniya aparıb. Lakin Fransa poli­si belə qənaətə gəlib ki, qəza sürücünün qanında spirtin çox olması və onun sürət həddini aşması səbəbindən baş verib. 

Əl-Fayed 1929-cu ildə İsgəndəriyyə­də anadan olub. 1960-cı illərdə Londona köçdükdən sonra Al-Fayed Britaniya kral ailəsinin üzvləri ilə yaxınlaşıb. Parisdəki “Ritz Hotel”in və Britaniyanın ən böyük univermaqlarından biri olan “Harrods”un sahibi olub. 

XQ

Dünya