“Qaraca qız” Şuşa Teatrı səhnəsinə qayıdır

post-img

Şuşa Dövlət Musiqili Dram Teatrının yaradıcı kollektivi yeni teatr mövsümündə – sentyabrın 16-da Süleyman Sani Axundovun “Qaraca qız” hekayəsi əsasında hazırlanmış eyniadlı tamaşa ilə yenidən balaca tamaşaçıların görüşünə gələcək.

Teatrdan verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru Əmək­dar artist Loğman Kərimov, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tər­tibatçısı Asyaxanım Heydərovadır.

Xatırladaq ki, 1948-ci ildə Azərbay­can uşaq dramaturgiyasının klassiki Abdulla Şaiq bu hekayə əsasında ey­niadlı pyes yazıb. Həmin vaxtdan əsər ölkənin bir çox teatrlarında tamaşaya qoyulub. Uşaqların mənəvi dünyası, həyatı, insanlığı sevmək və qiymətlən­dirməyi bacarmaq qabiliyyəti bu səhnə əsərində yüksək bədiiliklə əks olunub.

XQ

Mədəniyyət