Avarçəkənimiz Avropa çempionatının qalibi olub

post-img

Azərbaycan təmsilçisi Diana Dımçenko Fransada təşkil edilən sahil avarçəkməsi üzrə Avropa çempionatında qızıl medal qazanıb. 

İdmançı birnəfərlik qayıqda həm Azərbaycan Kanoe və Avarçəkmə Fe­derasiyası, həm də Bakı Avarçəkmə Kanoe İdman klubu (BAKİ) adından çıxış edib. 

Dımçenko hər iki kateqoriyada çıxışda ən yüksək mükafata sahib çıxıb. Azərbaycan Kanoe və Avarçək­mə Federasiyası adı altında mübarizə­də idmançımız təsnifat və yarımfinal mərhələsində finişə birinci çataraq A finalına vəsiqə qazanıb. 

O, 6 km məsafəyə həlledici yürüş­də ən yaxın rəqibi, irlandiyalı Monika Dukarskanı 16 saniyə qabaqlayaraq (30:14.56 - 30:30.28) Azərbaycan bay­rağını Fransada qaldırıb. 

Bakı Avarçəkmə və Kanoe İdman Klubu adından çıxışlarda da Diana A fi­nalına vəsiqəni təmin edib. Final yürü­şündə də finişə hamıdan birinci çatan Dımçenko fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq himnimizi səsləndi­rib.

Qeyd edək ki, Diana Dımçenko ötən il İspaniyanın San Sebastian şəhərində keçirilən sahil avarçəkməsi üzrə Avropa çempionatında qızıl me­dala sahib olub. 

L.SABİRQIZI, XQ

İdman