“Neftçi” Fransada 2-ci yeri tutub

post-img

“Neftçi” Fransada təşkil olunan 3x3 basketbolu üzrə Dünya Qadın Seriyasının Pon du Qar mərhələsində ikinci yeri tutub. 

“Ağ-qaralar” finalda Niderland mil­lisinə 16:21 hesabı ilə uduzub. Pay­taxt təmsilçisi qrup mərhələsində Misir (21:12) və Niderland (19:12), 1/4 final­da Monqolustan (22:16), yarımfinalda isə Fransa (19:14) yığmalarını üstələ­yib. 

L.SABİRQIZI, XQ

İdman