Mingəçevir – “Kürü keçək”

post-img

Mingəçevirdə Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə “Kürü keçək” adlı açıq suda kütləvi üzgüçülük yarışı təşkil edilib. 

Kür çayının iki sahili arasında, 300 metr məsafədə təşkil edilən yarışda Azərbaycanın bütün rayon və şəhər­lərindən üzməyi bacaran 300-dək iş­tirakçı mübarizə aparıb. Yarış başa çatdıqdan sonra qaliblər mükafatlan­dırılıb. 

Mükafatları gənclər və idman nazi­ri Fərid Qayıbov, üzgüçülük üzrə milli komandamızın baş məşqçisi Rəşad Əbdürrəhmanov və Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İs­mayılov təqdim ediblər. 

L.SABİRQIZI, XQ

İdman