Xərçəngin də peyvəndi yaradıldı

post-img

Böyük Britaniyanın Milli Sağlamlıq Xidməti onkoloji xəstələrin müalicəsinə 75 faizə qədər kömək edən peyvəndin formulunu tapıb və artıq istehsala başlayıb. Bu, dünyada ilk xərçəng peyvəndi istehsalıdır. 

Xidmətin əməkdaşlarının fikrincə, cəmi 7 dəqiqəyə vurulan xərçəng əleyhinə peyvəndlə bəzi onkoloji xəstələr üçün dərman müalicəsinin müddəti dörddəüçə qədər qısalacaq. 

Qeyd edilir ki, peyvənd Dərman və Sağlamlıq Məhsullarını Tənzimləmə Təşkilatı (MHRA) tərəfindən təsdiqləndikdən sonra İngiltərədəki yüzlərlə xəstəyə tətbiq ediləcək. 

İlk növbədə bu peyvand dərman transfuziyası alan xəstələrə vurulacaq. 

Hesab olunur ki, yeni peyvənd xərçəng hüceyrələrini tapmaq və məhv etmək üçün xəstənin öz immun sistemini gücləndirən im­munoterapiya dərmanıdır. Müalicə hazırda ağciyər, döş, qaraciyər və sidik kisəsi də daxil olmaqla, müxtəlif növ xərçəngdən əziyyət çəkən xəstələrə tətbiq olunacaq. 

Z.HÜSEYNLİ, XQ

Son xəbərlər