Yenə leysan, yenə dolu...

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrome­teorologiya Xidmətinin verdiyi məlumata əsasən, sent­yabrın 3-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Gecə 20-24°, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 40-50 faiz olacaq.

Abşeron çimərliklərində dəniz suyunun tempe­raturu:Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşa­ğı, Nardaran, Bilgəh, Zaqulba) 24-25°, Cənub çimərlik­lərində: (Türkan, Hövsan, Sahil, Şıx) 25-26° isti olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənə­cək. Havanın temperaturu gecə 18-23°, gündüz 27-32°, dağlarda gecə 10-15°, gündüz 15-20° isti olacaq. 

Q. QASIMOV, XQ

Ekologiya