Avropanın öz süni intellekti...

post-img

Amerikanın “OpenAI” proqramından sonra Avropa da öz süni intellekt nəhəngini yaradıb. 

“Aleph Alpha” adlanan süni intel­lekt dil modellərindən istifadə edərək mətnlər yaradır və çoxlu sayda sənəd­ləri eyni zamanda təhlil edir. Bundan əlavə, hazırlanmış modelin təklif etdiyi imkanlara yüzlərlə səhifənin ümumiləş­dirilməsi və xüsusi ekspert çatbotların yaradılması daxildir. 

Həmçinin süni zəka tərəfindən ha­zırlanmış Almaniyadakı “Lumi” proqra­mı vətəndaşlara müxtəlif işlərdə məs­ləhətlər verərək kömək edir. Bu layihə rəqəmsal idarəetmə yolunda mühüm mərhələ hesab olunur. 

Əfsanə ƏHƏDLİ, XQ

Dünya