Dövlət Turizm Agentliyinin maliyyə dəstəyi ilə Quba rayonun ucqar dağ kəndlərində layihə icra olunur

post-img

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin “Turizm sahəsində layihələrin maliyyələşdirilməsi üzrə qrant müsabiqəsi çərçivəsində “Xınalıq” Turizmin İnkişafına Dəstək İctimai Birliyi tərəfindən  “Kənd turizmin inkişafına mane olan sosial problemlərin həllinə dəstək”  layihəsinin icrasına başlanılıb. Layihə Xınalıq və Qrız kəndlərində icra olunacaq. 
    

Layihənin  ümumi məqsədi kənd yerlərində infrastrukturu inkişaf etdirməklə təklif olunan xidmətlərin keyfiyyətini yaxşılaşdırmaqdır. Kəndə gəzməyə gələn turistləri ən çox narahat edən problemi vaxtında aradan qaldırmaq, turistlərin səmərəli istirahətinin təmini ilə yanaşı turistlərin təkrar kəndə gəlməsini, kəndin tarixi, mədəniyyəti və adət-ənənəsinin doğru təbliğini təşviq etməkdir. Layihənin icrası zamanı Xınalıq kəndində qəzalı vəziyyətdə olan 6 ədəd bulaq təmir və bərpa olunacağı, Qrız kəndində isə ictimai sanitar qovuşağı və gözləmə məntəqəsi (besetka) qurulması nəzərdə tutulub. Həmçinin infrastrukturn yaxşılşması yerli əhalinin qeyd edilmiş xidmətlərdən istifadə imkanlarınıda artırmış olacaq. Qeyd etmək olar ki, layihə ümumi olaraq kəndin ekloji baxımından təmizliyinə də müsbət təsir etmiş olacaq.

Layihə zamanı kənd turizmin inkişafı, xidmətlər təklifinin kəmiyyət və keyfiyyətinin  yaxşılaşdırılması, müştəri məmnunluğu və etik davranış qaydaların normalaşdırması istiqamətində də ailə turizmi ilə məşğul olan şəxslərə təlimlər təşkil olunmuşdur. Layihəni icra müddəti 4 aydır.







Mədəniyyət