“Art Nouveau” memarlığı ilə tanışlıq

post-img

Riqa gündəliyi

Keçən həftə Latviyanın paytaxtı Riqaya səfər etdim. Bura yaxşı qorunmuş Orta əsr memarlığı, xüsusən də tarixi köhnə şəhəri- Vecriqa ilə məşhurdur. Riqa şəhərindən danışanda qotik, barokko və müasir- "Art Nouveau" memarlıq üslubları ilə zəngin bir tarix qarşımıza çıxır. Şəhər memarlığının üçdə birini təşkil edən heyrətamiz "Art Nouveau" binalar ən çox elə burada məşhurdur. “Art Nouveau” memarlığı 1890-1910-cu illər arasında Avropa və Amerikada məşhurlaşan ornament üslubu olub. O, mürəkkəb dizaynları və təbiətə yetirdiyi diqqəti ilə xarakterizə olunur. 

1)Alberta, iela 13-də Art Nouveau mənzilindən detal – Maskanın tacı azadlığı, günəşi və qələbəni təmsil edir

2)Alberta iela 2a-da Art Nouveau mənzilindən detal – 1906, Memar Mihails Eizenšteins

3) Elizabeth iela 33-dəki bina Memar Mihails Eizenšteins üçün ilk Art Nouveau təcrübəsidir - 1901, Memar Mihails Eizenšteins

4) Elizabeth iela 33 – 1901-də mənzilin təfərrüatı, Memar Mixails Eizenšteins 

5) Elizabeth iela 33 - 1901-də mənzilin təfərrüatı, Memar Mixails Eizenšteins

Riqanı gəzdikcə fotoqrafiyaya olan marağım gördüyüm hər binanı çəkməyimə səbəb olurdu. Nəzərə alsaq ki, binalar daim getdiyim yerlərdə diqqətimi çəkib, belə bir şəhərdə onları fotoaparatla analiz etmək ayrı həzz yaradırdı.  

Həmçinin Riqa canlı mədəniyyət mərkəzi, musiqi festivalları və UNESCO-nun Dünya İrsi siyahısına daxil olması ilə də tanınır. 

Dinara Zeynalova 











Mədəniyyət