Badmintonçumuz qızıl medal qazanıb

post-img

Badmintonçumuz Keişa Fatimə Zəhra Kamerunun paytaxtı Yaunde şəhərində keçirilən “Cameroon International 2023” turnirində qızıl medal qazanıb.

Mübarizəyə 1/8 final mərhələ­sindən başlayan Keişa finala gedən yolda Sloveniya, BƏƏ və İtaliyanı təmsil edən badmintonçulara qalib gəlib. 

Keişa Fatima Zəhra finalda İsrail badmintonçusu Kseniya Polikarpova ilə qar­şılaşıb. Hər iki setdə rəqibindən üstün oyun sərgiləyən badmintonçumuz yekunda 2:0 hesablı qələbə qazanaraq “International” seriyalı turnirin qalibi olmaqla yana­şı, hesabına 2500 reytinq xalı yazdırıb. 

Leyla SABİRQIZI, “Xalq qəzeti”

İdman