Xorvatiyada keçirilən dünya çempionatında yeniyetmə cüdoçulardan ibarət yığmamız komandalararası yarışda ikinci yeri tutub.
Komandamız qızıl medal uğrunda mübarizədə Fransa yığmasına 1:4 hesabı ilə məğlub olub. Türkiyə və Yaponiya bürünc medala sahib olublar.
Qeyd edək ki, komandamız fərdi yarışlarda mübarizəni medal sıralamasında birinci pillədə başa vurub. Nihad Məmişov (50 kq), Xədicə Qədəşova (52 kq) qızıl, Məhəmməd Məmişov (50 kq), Məhəmməd Musayev (60 kq), Əbil Yusubov (66 kq) gümüş, Mirxaliq İskəndərov (55 kq), Süleyman Şükürov (73 kq) və Ramazan Əhmədov (90+) isə bürünc medal əldə ediblər.
Leyla SABİRQIZI, “Xalq qəzeti”