Görkəmli kinorejissor Vaqif Mustafayevin 70 illik yubileyi keçiriləcək

post-img

Azərbaycanın kino ictimaiyyəti milli kinematoqrafiyamızda öz dəst-xətti ilə seçilən görkəmli rejissor, ssenarist, Xalq artisti, Dövlət mükafatı laureatı, Avropa Kino Akademiyasının üzvü, professor Vaqif Mustafayevin yubileyinə hazırlaşır.

Avqustun 28-də Ni­zami Kino Mərkəzində görkəmli kino xadiminin 70 illiyi münasibətilə yu­biley mərasimi keçirilə­cək. Yubiley tədbirlərin­də Avrasiya Televiziya və Radio Akademiya­sının prezidenti Valeri Ruzin, Rustaveli adına Tbilisi Dövlət Akademik Teatrının məşhur akt­yoru, Gürcüstanın Xalq artisti Aftandil Maxarad­ze və başqaları Bakıya gələcəklər.

İndidən dünyanın mötəbər kino xadimlə­ri, görkəmli sənətkarlar yubilyara öz təbriklərini göndərirlər. Məsələn, Rusiyanın Xalq artisti, kinorejissor və aktyor “Oskar” mükafatı laure­atı Nikita Mixalkov azərbaycanlı həm­karına göndərdiyi video təbrikdə ən xoş arzularını çatdıraraq, onun dünya kinematoqrafiyasında xüsusi yer tutdu­ğunu bildirərək deyir: “Əziz Vaqif, sən əsl milli sənətkarsan. Yalnız milli olan­lar ümumbəşəri ola bilirlər”.

Qeyd edək ki, Xalq artisti Vaqif Mustafayev 1953-cü ildə Bakı şəhə­rində anadan olub. Vaqif Mustafayev yaradıcılığının ilk illərində “Mozalan” kinojurnalı üçün 50-yə yaxın satirik bədii və sənədli süjetlər çəkib. Onun quruluş verdiyi “Bəyin oğurlanması” “Yaramaz”, “Nakəs”, “Fransız”, “Mil­li Bomba”, “Hər şey yaxşılığa doğru”, habelə ssenari müəllifi olduğu “Fəryad” və digər filmləri böyük tamaşaçı rəğbəti qazanıb.

Rejissorun parlaq ya­radıcılıq nümunələri bir sıra beynəlxalq festivalda mükafatlar qazanıb.

Vaqif Mustafayev Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş 12 sənədli filmin müəllifidir. Bu ekran əsərlərindən üçü “Əsl məhəbbət haqqın­da” , “Bir həsədin tarixi” və “Xüsusi təyinat” film­ləri Moskvada keçirilən Avrasiya Teleforumunun Qran-pri mükafatına layiq görülüb. 2018-ci ildə Xo­calı faciəsinə həsr olun­muş “Dərdimi çəkirəm” sənədli filmini çəkən Vaqif Mustafayev, 2022-ci ildə “Həyat, deyəsən, gözəl­dir” bədii və “Fikrət Əmi­rov” bədii-sənədli film­lərini ərsəyə gətirib. O, “Həyat, deyəsən, gözəl­dir” filminə görə Türkiyədə keçirilən “Korkut Ata” Beynəlxalq Film Festiva­lında “Türk dünyasının ən yaxşı rejis­soru” adına layiq görülüb.

“Xalq qəzeti”

Mədəniyyət