Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda görüş

post-img

Azərbaycanda keçirilən Özbəkistan Mədəniyyəti Günlərində iştirak etmək üçün ölkəmizə gəlmiş qardaş ölkənin mədəniyyət naziri Ozodbek Nazarbekov Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edərək təşkilatın prezidenti Günay Əfəndiyeva ilə görüşüb.

Görüşdə fondun prezidenti Günay Əfəndiyeva Azərbaycanda Özbəkistan Mədəniyyəti Günlərinin yüksək səviyyədə keçirilməsi münasibətilə Ozodbek Nazar­bekovu təbrik edib. Günay Əfəndiyeva təşkilat tərəfindən Özbəkistanın zəngin mədəni irsinin beynəlxalq səviyyədə tanı­dılması yönündə həyata keçirilmiş layihə və tədbirlərdən söz açıb. O, fondun Öz­bəkistanla bağlı gələcək layihələrindən bəhs edərək, ölkə ilə daha aktiv qarşılıqlı fəaliyyətlərin vacibliyini diqqətə çatdırıb.

Nazir Ozodbek Nazarbekov Azərbay­canda Özbəkistan Mədəniyyəti Günləri­nin keçirilməsindən məmnunluğunu ifadə edərək, tədbiri ölkələrarası dostluq mü­nasibətlərinin möhkəmlənməsinə önəm­li töhfə kimi qiymətləndirib. Nazir fond tərəfindən özbək xalqının milli-mənəvi dəyərlərinin təbliği istiqamətində aparılan işləri yüksək dəyərləndirib. O, təşkilat ilə ölkə arasında işbirliyi əlaqələrinin daha da gücləndirilməsinin əhəmiyyətini vurğula­yıb. O, fondun Özbəkistanla bağlı yeni la­yihələrinin birgə əməkdaşlıq çərçivəsində gerçəkləşdirilməsinə dəstəyini ifadə edib.

Görüş tərəfdaşlığın gələcək perspek­tivlərinə dair müzakirələrlə davam edib.

Görüşün sonunda tərəflər bir-birinə xatirə hədiyyələrini təqdim ediblər. Özbə­kistan Respublikasının mədəniyyət naziri Ozodbek Nazarbekov ölkənin milli geyim nümunələri və qədim musiqi alətini fon­dun muzeyinə bağışlayıb.

“Xalq qəzeti”

Mədəniyyət