“Xətai əfsanəsi” pannosunun təqdimatı oldu

post-img

İyulun 17-də Xətai Sənət Mərkəzində Azərbaycanın Xalq Rəssamı Əşrəf Heybətovun Şah İsmayıl Xətainin doğum gününə həsr olunmuş “Xətai əfsanəsi” adlı pannosunun təqdimatı və əsərlərinin sərgisi keçirildi.

Sərgidə rəssamın yaradıcılığının müxtəlif dövrlərinə aid 20-yə yaxın əsər təqdim olundu.

Tədbirin açılışında ölkəmizin bir sıra ziyalıları, sənət adamları, ictimaiyyət nümayəndələri və Xalq rəssamı Əşrəf Heybətovun yaradıcılığını sevənlər iştirak etdilər. İştirakçılar rəssam haqqında ürək sözlərini bölüşdülər, onun həm ictimai, həm də rəssamlıq fəalliyətindən söhbət açdılar.

Qeyd edək ki, sərgi iyulun 22-nə qədər davam edəcək.

Giriş  sərbəstdir.











Mədəniyyət