Dost şəhərin bayramı

post-img

Sumqayıtla dostluq və tərəfdaşlıq əlaqələri olan Almaniyanın Lüdviqshafen şəhərinin 170 illik yubileyi münasibətilə “Şəhər günü” tədbirləri keçirilir. Gənclik şəhərinin nümayəndələri də həmin tədbirlərə qatılıblar.   


“Şəhər günü” tədbirləri çərçivəsində  açıq hava konserti təşkil edilib. Tədbirdə çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıtın Lüdviqshafenlə 1977-ci ildə yaranan dostluq münasibətlərinin bu gün də uğurla davam etdiyini vurğulayıb. Nümayəndə heyəti adından Lüdviqshafen şəhərinin meri, xanım Yutta Ştaynruka xatirə hədiyyəsi təqdim edilib.


Ə.DOSTƏLİ, “Xalq qəzeti”

Mədəniyyət